ساری تئل لی چاغلاریم  SARITELLİ ÇAĞLARIM

  گجیل قاپیسی1 GƏCİL QAPISI1

ایران آذربایجانیندا ایلک موسیقیلی درام تاماشی، صحنه یه چیخدی

یول درگی سینین نوبتی سایی سینین جلدی Yol dərgisinin kövbət sayısının cildiگجیل قاپیسی 2  GƏCİL QAPISI 2

  بسیج هفته سی مناسبتیله تبریز سپاهی نین اداره لر بسیجی نین بیرینجی ناحیه سی طرفیندن ایلک موزیکال و موسیقیلی درام، آذربایجان دیلینده گجیل قاپیسی آدی ایله همین شهرین وحدت تالاریندا تاماشایا قویولدو.

ایکی ساعاتلیق و ایکی پرده لیک اولان بو تاماشانین یازانی افشار، کارگردانی ایسه ابراهیم فردوس اولموشدور. بو اثر اداره لر بسیجی نین بیرینجی ناحیه سی مسئولو امیری قارداشین ایسته گی، تبریزلی جوان شاعیر و یازیچی رضا افشار ین همّتی و شرقی آذربایجان ناحیه سی سپاهی نین ولی فقیه قائم مقامی حجه الاسلام والمسلمین عبدا...زاده حضرتلرینین تائید، آلقیش و یاردیمی ایله یارادیلمیشدیر.

گجیل قاپیسی تاماشاسیندا بیر طرفدن دیالوگ لار و حتّی اوخونان شعرلر آرا یئری گلدیکجه تورک دیلینده اولان مثل، آتالار سؤزو و اصطلاحلارین ایشلنمه سی، باشقا طرفدن ایسه سئچیلمیش متنین موسیقیسی و آهنگلری باشدان باشا آذربایجان موسیقیسی اولدوغونا گؤرهآذربایجان فرهنگ و مدنیّتی ایله ماراقلانان تاماشاچیلارین رغبتی نی قازانمیشدیر. نمونه اولاراق همین اثرین بیرینجی پرده سیندن کیچیک بیر پارچانی بیرلیکده اوخویوروق:

رحمان: بی بی اوغلو دوغرودور کی دئیرلر قولاق گونده بیر سؤز ائشیتمه سه کار اولار.

کریم: نئجه؟

رحمان: سن اونا دئدین، دندانساز دوستلارین دست دوّم دیش تولید ائله ییرلر. هئچ او سؤزون معناسینی نه سن بیلدین نه ده او بئچارا.

کریم: ائلدارچیلیق دی دا، گره ک هره نی بیر دیل ایلن دانیبشدیراسان.

رحمان: هله سن او دیشلری نیه زیانینا وئردین؟

کریم: زیانینا وئرمه دیم، هله 45 تومن ده قازاندیم.

رحمان: یانی ۵ تومنه آلمیشدین؟

کریم: هن!

رحمان: ساغ اول! گؤر او نه جور آدام ایمیش کی ۵ تومنه گؤره آغزینین دیشلرین چیخاردیب ساتیب.

کریم: یولداشلارداندی، میرده شیرلیگه باخار، ایشله دیگی قبریستاندا، دیشلری ییغیب گتیرر منه.

رحمان: یانی او دیشلر اؤلو دیشی ایدی؟

کریم: هن بابا، آمما نامرد اوغلونو آغزینا لاپ ائله ممد حسن قالیبی اولدو.

رحمان: اؤز آرامیزدی دا، اگری اوتوروب دوز دانیشاق، نه آت گئتمز یوللارین وار.

کریم: بابا! بولار هامیسی 5 شاهی قره پولدان اؤتوردور. شاعیر دئییر:

در این دونیا درویشی

قره پول گؤرر هر ایشی.

 

ایکینجی پرده نین آخیرلاریندان بیر تیکه نی اوخویاق:

رحمان: بی بی اوغلو نه جور وجدانین قبول ائلیر بیرینین باشینا بؤرک قویاسان؟

کریم: هئچ خبرین واردی کی بالا ـ بالا جانیما مرود اولوسان؟ یوز دفعه دئییرم فضوللوق عوضینه فیکریوی وئر آل ـ وئر اؤرگش، ائله بو قولاغیندان آلیب او بیریسیندن اؤتورورسن. منه باخ گؤروم او نئچه آیین ایچینده کی بئکاریدین هانسی وجدانلی جیبووه بیر قیران پول قویدو؟ هئچ وجدان آألی بیر زادین وجودو وار؟ وجدان کلمه سینی بو زمانه ده فقط کتاب لاردا گؤرمک اولار، والسلام ، شد تمام.

اؤزون بیلیرسن کی بیر آیدان چوخدور بی بی گلینین ناخوشدور. تاپدیغیمی دؤکتورلره وئریرم، دوزلمیر کی هئچ، گون به گون ده بترله شیر. اؤیره لی دئدیلر تهراندا بیر دؤکتور وار چوخ قابیل دیر. آپاردیق معاینه ائله یب دئدی: یوز مین تومن آلیب عمل ائلرم توخدار. وار یوخدان چیخدیغیم زمان یوز مین تومن پول ایستیرم. اگر وجدانلی بیر آدام تانییرسان گل گئدک یوز مین آلیب ایشیمیزی آشیراق، یا دا کی گئدیب او دؤکتوردن خواهش ائده ک، وجدانینا خاطیر ایسته دیگینمدن بیر قیران آرالتسین. عقلووه، اولان بیر ایشدی؟ ایندی یازیق ائوده عذابدان ایلان کیمی قیوریلیر. قورا ـ قورا اوشاقلاریم آنالارین او وضعیّت  ده گؤرنده گؤز یاشلارینی باهار بولودو کیمی اله مگه باشلاییرلار. من او پولو دوغرولدا بیلمه سم، آغزیما داش ـ توپراق، اونون باشینا بیر ایش گلسه صاباح اوشاقلاریم منیم اوزومه توپورمزلر؟ هئچ بیلیرسن نئچه نفرین قاپیسینا بورجا گئتدیم؟ بیری بیر قیران وئرمه دی. هره بیر جور دیلین دولاشدیردی.

***

گجیل قاپیسی نین سونوندا اولان اوخوماقلاردان ایکی بند:

کریم:                                   

بوندان بئله کیشیلیگه باشلاریق

انسان کیمی انسانلیغی خوشلاریق

داشا دولوب حیوانلیغی داشلاریق

انسان گره ک دایاق اولا انسانا!

رحمان:

قوی وار اولسون دونیا اوزره عدالت

دونیا وارکن دورسون انصاف، مروّت

پای وئریلسین انسانلیغا سعادت

صمیمیّت بوداق آتسین هر یانا!

بیت الله جعفری

 گجیل قاپیسی نین خبرینی احتوا ائدن صحیفه Gəcil qapısının xəbərini ehtiva edən səhifə  گجیل قاپیسی 3 ــ GƏCİL QAPISI 3

 İRAN AZƏRBAYCANINDA İL» MUSİQİLİ DRAM TAMAŞASI, SƏHNƏYƏ ÇIXDI

Bəsic həftəsi münasibətilə Təbriz Sipahınin idarə ər bəsicinin birinci nahiəsi tərəfindən ilk muzıkal və musiqili dram , Azərbaycan dilində  Gəcil qapısı  adı  ilə həmin şəhrin Vəhdət talarında tamaşaya qoyuldu  

 İki saatlıq və iki pərdəlik olan bu tamaşanın yazanı  Əfşar , kargərdanı isə  İbrahım Firdovs  olmuşdur. Bu əsər idarələr bəsicinin birinci nahiyyəsi məs`ulu  əmırı  qardaşın istəyi, Təbrizli cəvan şa`ir və yazıçı Rıza Əfşarın himməti  şərqi azərbaycan nahiyyəsi sipahınin vəliyy- fəqih qayim məqamı Hüccıtül islam vəlmüslimin Əbdul... zadə həzrətlərinin te`yid, alqış və yardımı ilə yaradılmışdır.

 Gəcil qapısı tamaşasında bir tərəfdən dıyaloglar və hətta oxunan şe`rlər ara yeri gəldikcə Türk dilində olan məsəl , atalar sözü və istilahların işlənməsi, başqa tərəfdən isə seçilmiş mətnin müsiqisi və ahənglərı başdan başa Azərbaycan müsiqisi olduğuna görə Azərbaycan fərhəng və mədəniyyəti ilə maraqlanan tamaşaçıların rəğbti ni qazanmışdır

 Numunə olaraq həmin əsərin birinci pərdəsindən kiçik bir parçanı birlikdə  oxuyuruq  

Rəhman: Bibi oğlu doğrudur ki deyərlər qolaq gündə bir söz eşitmə sə kar olar

?Kərim: Necə

Rəhman: Sən ona dedin , dəndansaz dostların dəst dovvom diş tülid elə yirlər. heç o sözün mə`nasını nə sən bildin nə də o beçara.

.Kərim: Eldarçılıq di da , gərə k hərə ni bir dl ılən danıbşdırasan

?Rəhman: Hələ sən o dişləri niə zıanına verdin

Kərim: Zıanına vermə dim , hələ 45 tümn də qazandım.

 ?Rəhman: Yanı 5 tümnə almışdın

!Kərim: Hən

Rəhman: Sağ ol ! gör o nə cür adam imiş ki 5 tümnə görə ağzının dişlərin çıxardıb satıb.

Kərim: Yoldaşlardandı, mirdə şirligə baxar, işlə digi qəbrıstanda, dişləri yiğib gətirr mənə.

?Rəhman: Yanı o dişlər ölü dişi ıdı

 Kərim: Hən baba , amma namrd oğlunu ağzına lap elə məmd həsən qalıbı oldu.

Rəhman: Öz aramızdı da , əyrı oturub düz danışaq , nə at getməz yolların var.

 Kərim: Baba! bular hamısı 5 şahı qərə puldan ötürdür. Şair deyir:

Dər ın dünya dərvişi

.Qərə pül görr hər ışı

 

 :İkinci pərdənin axırlarından bir tikəni oxuyaq

?Rəhman: Bibi oğlu nə cür vicdanın qəbül elir birinin başına börk quyasan

 Kərim: Heç xəbrin vardı ki bala bala canıma mürüd olusan? Yüz dəfə deyirəm fizüllüq əvəzinə fikrivi ver  al-ver örgş , elə bu qolağından alıb o birisindən ötürürsn. Mənə bax görüm o neçə ayın içində ki bekarıdın hansı vicdanlı cibüvə bir qıran pul qoydü? heç vicdan adlı bir zadın vicudu var? Vicdan kəlməsini bu zəmanə də fəqət kitablarda görmək olar, valssəlam, şüdtamam  

Özün bilirsn ki; bir aydan çoxdür Bibi gəlinin noxoşdur. tapdığımı döktürlərə verirəm, düzlmir ki heç , gün bə gün də bətərləşir. Öyrəli dedilər Tehranda bir döktür var çox qabıldir. apardıq ma`aynə eliyib dedi: yüz min tümən alıb əməl elərəm toxdar. var yoxdan çıxdığım zaman yüz min tümən pul istirəm. əgər vicdanlı bir adam tanıyrsan gəl kedək yüz min alıb ışımızı aşıraq, ya da ki gedib o döktürdən xahiş edək, vicdanına xatir istədigindən bir qıran azaltsın.  əqlüvə, olan bir ışdı? ındı yazıq evdə əzabdan ılan kimi qivrilir. qora - qora uşaqlarım anaların o vəz`iyyət də göərndə göz yaşlarını Bahar buludu kimi ələ  məyə başlayırlar.  mən o pulu doğrulda bilməsəm, ağzıma daş - topraq onun  başına bir ış gəlsə sabah uşaqlarım mənim üzümə tüpürməzlər? heç bilirsən neçə nəfərin qapısına borca getdim? biri, bir qıran vermədi. hərə bir cür dilin dolaşdırdı

 *** 

:Gəcil qapıınin sonunda olan oxumaqlardan iki bənd

 :Kərim

 Bundan belə kişiligə başlarıq

İnsan kimi insanlığı xoşlarıq

Daşa dolub heyvanlığı daşlarıq

 !İnsan gərək dayaq ola insana

 :Rəhman

Qoy var olsun dünya üzrə ədalət

Dünya varkən dürsün insaf , mürüvvət

 Pay verilsin insanlığa sə`adt

 !Səmimiyyət budaq atsın hər yana

Beytullah Cə`fəri



ارسال در تاريخ سه شنبه بیست و دوم فروردین ۱۳۹۱ توسط بیت اله جعفری ــ Beytullah Cə`fəri

اسلایدر